27 Aprel 2017 15:40
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il 773 nəfər övladlığa götürülmə faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Statistika Komitəsinin illik bülletenində qeyd edilib.

Övladlığa götürülən uşaqlardan 14-ü əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən himayə edilib. 63 uşağın isə övladlığa götürülməsi barədə qərarları ləğv edilib.

Məlumatada qeyd edilib ki, övladlığa verilən uşaqlardan 371 nəfəri qız olub.

1 yaşa qədər övladlığa götürülmüş 167 uşaqdan 2 nəfəri əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən himayə edilib. Uşaqlardan 90 nəfəri qızdır.

Qərarları ləğv edilmiş 2 uşağın yaşı 1 yaşa qədərdir. 1-5 yaşlı övladlığa götürülmüş 344 uşaqdan 4-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslərə verilib. 1-5 yaşda övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 8-dir.

6-10 yaşlı uşaqlardan 152 nəfəri övladlığa götürülüb. Onlardan 4 uşaq əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən himayə edilib. 6-10 yaşda övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 8-dir.

110 uşaq 11-17 yaşda övladlığa verilib. Onlardan 4 nəfəri əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən himayə edilib. 11-17 yaşda övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 42-dir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər