28 Aprel 2017 13:19
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Ağsu şəhərindəki Gənclər Mərkəzində vətəndaşları qəbul edib.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, qəbulda bölgədə yerləşən Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarının sakinlərinin müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər