Bunu Teleqraf.com-a açıqlamasında Dövlət İmtahan Mərkəzi (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.
O bildirib ki, imtahana gələn hər bir abituriyent ciddi yoxlanıb:
“Üç abituriyentdə yoxlama zamanı mobil telefon aşkar edilib, onlar haqda protokol tərtib olunub və imtahan binasına girişləri qadağan edilib.
DİM rəsmisi qeyd edib ki, hazırda imtahan protokollarının email həyata keçrilir:
“Səhər saatlarında imtahan protokollarının oxunmasına başlanıb. Bu emal prosesi başa çatandan sonra nə qədər abituriyentin imtahanda iştirak etdiyini, hansı səbəbdən kənarlaşdırıldıqları barədə 3 gündən sona məlumat verəcəyik”.
Qeyd edək ki, ötən gün DİM 2017-2018-ci tədris ili üçün II və III ixtisas qrupları üzrə Azərbaycan ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.
İlhamə ƏBÜLFƏT