2 May 2017 12:12
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təhsildə və digər sahələrdə işləyən qadınların çoxluğu onların maaşlarının kişilərlə müqayisədə az olması təsəvvürü yaradır".

Teleqraf.com xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva jurnalistlərə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, idarəçilik orqanlarında, Milli Məclisdə, bələdiyyələrdə, sahibkarlıq sferasında qadın iştirakçılığının artdığı müşahidə olunur: "Bu da inkişafın göstəricisidir. Amma bu rəqəmlər bizi qane etmir. Bu gün Azərbaycan qadının potensialı cəmiyyətdə iştirakçılığının güclənməsinə imkan verir. Bələdiyyə seçkilərində ildən-ilə qadınların sayı 4-16-26 faiz ardıcllığı ilə yüksəlib. Bu gün bələdiyyələrdə qadınların sayı 40 faizə yaxınlaşır.

Sahibkarlıq sahəsində qadın təmslçiliyi 15-17 faiz idisə, artıq bu rəqəm 20 faizi keçir. Hər bir sahədə qadınların sayının artdığını görürük".

Aynur Sofiyeva qeyd edib ki, Azərbaycan qanunvericiliyində qadın və kişiliyindən asılı olmayaraq bütün insanlar üçün bərabər əmək hüququ təmin edilib:
"Qadın və kişilər eyni işə görə bərabər əmək haqqı alırlar. Sadəcə qadınlar peşə seçimi etdikdə elə sahələri seçirlər ki, orada bu gün az əmək haqqı nəzərdə tutulur".

Aynur Sofiyeva bildirib ki, hər bir cəmiyyətdə olduğu kimi Azərbaycanda da məişət zorakılığının qurbanları daha çox qadın və uşaqlardır: "Biz statistik rəqəmlərə baxanda məişət zorakılığı faktlarının azaldığını görürük. Bu, yalnız rəsmi rəqəmlərdir. Lakin hər birimiz bilirik ki, reallıqda daha çox hadisələr baş verir. Çünki elə faktlar var ki, məişət zorakılığı baş verir, amma ailə daxilində qalır. Bizim siyasətimizdə əsas məqsəd budur ki, ailədə baş verən problemləri əvvəlcədən aşkarlaya və vaxtında həll edə bilək".

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər