Saytın redaksiyasından Teleqraf.com-a verilən məlumata görə, rusdilli versiyada əsasən, ictimai-siyasi və sosial-mədəni yükü xəbərlərə üstünlük verəcək. Bundan başqa, saytda müəllif yazıları və günün əsas mövzularına həsr olunmuş təhlillərə də yer ayrılacaq.
Məlumata görə, növbəti mərhələdə "Missiya"nın internet TV variantı da fəaliyyətə başlayacaq. "Artıq texniki işlər yekunlaşmaq üzrədir. Yaxın müddətdə Missiya.TV də izləyicilərin ixtiyarına veriləcək" - redaksiyadan bildirilib.