- QHT-lərdən biri sizi 2016-cı ilin vəkili seçdi. Bu, təsadüf idi, yoxsa...
- “İslahatçı Gənclər” ictmai birliyi adlı qurum aktiv gəncləri ətrafına toplayıb, ictimai həyatda daha fəal hüquqşünas kimi məni 2016-cı ilin vəkili seçdi. Təkcə mən yox, bir çox vəkillər bu ada layiqdilər. Hesab edirəm ki, mənim önə çıxmağım bu və digər səbəbdən məsuliyyətimin artmasına səbəb olacaq. Mən bunu imtiyaz yox, daha çox məsuliyyət hissi yaradan amil hesab edirəm.
- Uzun müddət müxtəlif qurumlarda hüquqşünas kimi çalışmısınız, hansı zərurətdən vəkilliyi seçdiniz?
- Əvvəllər müxtəlif dövlət qurumlarında çalışmışam. Hesab edirəm ki, vəkillik sonradan qazanılan peşə deyil. Hər bir şəxsin xarakterində özünü və başqalarını müdafiəyə hesablanmış vəkillik xüsusiyyətləri olmalıdır. Mənim də xarakterimdə belə cəhətlər var və fikirləşdim ki, vəkil olsam daha yaxşı olar.
Düzdür, müxtəlif dövlət qurumları mənə etimad göstərmişdi, ancaq düşündüm ki, vəkillik sahəsində daha böyük uğur əldə edə bilərəm.
- Qonşu ölkəklərlə müqayisədə bizdə vəkillik instutunun zəif olması nə ilə bağlıdır?
- Təəssüf ki, bizdə vəkilliyin inkişafına əngəl olan bəzi problemlər var. Bu problemlərin içərisində ən əsası bu peşəyə sonradan yiyələnməklə bağlıdır. Müxtəlif vəzifələrdə çalışan biri işdən çıxır, yaxud pensiya yaşına çatır və vəkilliyə başlayır. Bütün enerjisini müxtəlif sahələrdə xərcləmiş insan ömürünün ahıl çağında vəkiliyin inkişafına necə töhfə verə bilər?
Baxın, biri uzun illər hüquq-mühafizə oraqanlarında çalışır, pensiyaya çıxır, evdə boş oturanda fikirləşir ki, yaxşısı budu, vəkil olum, başımı qatım. Sonra Vəkillər Kollegiyasına üzv olur. Vətəndaşa hüquqi yardım göstərməyə başlayır. Bu hüquqi yardım necə keyfiyyətli ola bilər? Artıq bu şəxs bu sahəyə baş qatmaq üsulu kimi baxır...
- Sizcə, vəkillər arasında beynəlxalq məhkəmə inistutlarında yüksək səviyyədə təmsilçilik bacarığının olmaması nə ilə bağlıdır?
- Beynəlxalq hüquq müstəvisində bizim müdafiə sistemimiz zəifdir. Bu, acı da olsa, həqiqətdir. Torpaqlarımızın 20 faiz ərazisi işğal altındadır. Hər bir hüquqşünasın vəzifəsi ilk növbədə beynəlxalq hüquq müstəvisəndə bu və digər formada öz təşəbbüsünü irəli sürməkdir. Avropa İnsan Haqları Məhkəməsində torpaqlarımızın işğalı ilə bağlı məsələni mübahisə predmetinə çevirmək olar. Hər bir vəkil bu istiqamətdə addım atsa, təqdirəlayiq hal olar. Bu istiqamətdə fəaliyyət göstərən vəkillərin arasında hörmətli Anar Bağırovun adını qeyd etmək istəyirəm. Anar müəllimin Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Avropa Məhkəməsində apardığı huquqi mübarizə, eyni zamanda Dağlıq Qarabağla bağlı qətiyyətli addımlarını təqdirəlayiq hal kimi qiymətləndirməliyik. Bu tipli işləri beynəlxalq məhkəmə inistutu sahəsində təmsilçilikdə az sayda olsa da, peşəkarlığın nümunəsi hesab etmək olar.
Belə işlərin görülməsi davamlı olmalıdır. Bir müddət əvvəl “Qarabağ” futbol klubunun məsələsi vardı. Həmin vaxt “Qarabağ”la “İnter” klubları arasında futbol oyun zamanı haqsız olaraq “Qarabağ”ın qələbə haqqı əlindən alındı. O zaman Beynəlxalq Arbitaj Məhkəməsində bu məsələnin qaldırılması, beynəlxalq hüquq müstəvisində “Qarabağı”ın pozulmuş hüququnun bərpası ilə əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyinə müraciət etdik. Amma çox təəssüf ki, bu istiqamətdə ciddi addım ata bilmədik. Beynəlxalq müstəvidə vəkillərimizin zəif olmasını qismən təsdiq edirəm. Amma bu sahədə işlər görən hüquqşünaslarımız da mövcuddur.
- Vətəndaşların hüquqları ən çox hansı sahələrdə pozulur?
- Ümumiyyətlə, şikayətlərin daha çox hansı sahələrdən gəldiyini konkterləşdirmək bir az çətin olur. Təxminən deyə bilərəm ki, daha çox məhkəmə qərarlarının icrasından bizə şikayətlər gəlir. İcra hakimiyyətlərində tikinti işlərinin aparılması ilə bağlı şikayətlər də çoxluq təşkil edir. Məhkəmə qərarlarının ləng icra olunması, icra hakimiyyətlərinin qanunsuz müdaxilələri, brokratik əngəllərlə bağlı şikayətlər daha çoxdur.
- Dələdüzluq cinayətini bu qədər artmasını necə izah edə bilərsiniz?
- Dələdüzlüq cinayətinin hüquqi tövsüfünün sərhədi olmadığından bəzən mülki iş subyektiv yanaşma nəticəsində dələdüzluq kimi tövsüf edilir. Bu da tərəflər arasında olan mülki münasibətin səhvən cinayət mühakimə icraatında baxılmasına səbəb olur. Nəticədə əsassız cinayət təqibi aparılaraq həmin hüququn aliliyinə kölgə düşür.
- Vəkillik ciddi, məsuliyyətli sahədir. Bu sahədə uğur qazanmağın yollarını necə müəyyən etmək olar?
- Nəzəri bilikləri mütəmadı artırmaqla, əzimkar və çalışqan olmaqla uğura çatmaq mümkündür. Pozulmuş hüquqların bərpası naminə aparılan mübarizə əksər hallarda effekt verir. Nəzəri bilikləri artırmasan, qaraguruhçuluqla nəticə əldə etmək mümkün deyil. Vəkillik peşəsinə uyğun olmayan neqativ hərəkətlərdən bir mənalı şəkildə uzaq durmaq lazımdır.
- Vəkil kimi formalaşmağınızda kimin rolu olub?
- Hər bir sahədə ilkin mərhələdə dəstək olmasa, uğurlu start qeyri-mümkündür. Vəkillikdə də peşəkar formaşlaşmaq üçün dəstəyə ehtiyac var. Mənim vəkilliyə gəlişimdə Anar Bağırovun nümunəsi ciddi rol oynayıb. Onun peşəkar fəaliyyəti məndə vəkil olmağa çox həvəs yaratdı. Hər zaman Anar Bağırovun məsləhətlərindən istifadə etmişəm.
- Qalmaqallı işlərdə daha çox görünməyinizin səbəbi…
- Mən yalnız bir şeyi düşünürəm: müdafiə etdiyim şəxsin hüquqlarını qorumaq üçün qətiyyət göstərmək… Bu həqiqətdir ki, ictimai marağa səbəb olan işlərə daha çox çıxıram. Ancaq onlara qalmaqallı işlər deməzdim. Qanun yol verdiyi qaydada təqsirləndirilən şəxsi qətiyyətlə müdafiə etməyim bəzən qalmaqallı adlanır. Bəlkə xarakterimlə də bağlıdır. Məndə çılğınlıq var.
- Müdafiə etdiyiniz təqsirləndirilən şəxsin törətdiyi əməlləri istintaq orqanınıdan və yaxud mətbuatdan gizlətdiyiniz hal olub?
- Təcrübəmdə belə hallar olub. Vəkilin fəaliyyətində ali məqam müdafiə etdiyi şəxsin manefeyini qorumaqdır. Elə işlər olur ki, həmin məlumatları açıqlamaq təqsirləndirilən şəxsin əleyhinədir.
- 10 ildən çoxdur vəkil kimi cinayət işlərinə çıxırsız, hansı tanınmış şəxslərin müdafiəçisi olmusuz?
- Müdadfiə etdyim şəxslərin statusu mənimçün həmişə ikinci dərəcəli olub. Əsas məsələ həmin şəxslərin hüquqlarının müdafiəsidir. Hüququ pozulmuş şəxsin kimliyi, cəmiyyətdəki ictimi mövqeyi o dərəcədə də əhəmiyyət kəsb etmir. Bu illərdə onlarla tanınmış şəxslərin işində vəkillik fəaliyyətini həyata keçirmişik. Hesab edirəm ki, burada ad çəksəm, siyahı uzun olar.
- “Rabitə işində vəkil kimi çıxırsız?
- “Rabitə işin”də Vidadi Zeynalovu müdafiə edirəm. Tam əminəm ki, Vidadi Zeynalovun heç bir təqsiri yoxdur. O, maddi-məsul şəxs olmayıb.
- İki ilə yaxındır ki, istintaqı aparılan “MTN işin”də sizin adınız hallandı ki, əsas simalardan birinin müdafiəçisiniz. 4 ayrı-ayrı qrupun işi məhkəməyə gəldi, amma məlum olmadı ki, siz kimin vəkilsiniz?
- “MTN işi”ndə vəkil olmağımla bağlı bir sıra informasilar yayıldı. Piar apardılar ki, kimlərinsə müdafiəsini həyata keçirirəm. Hər şeyi faktla danışmaq lazımdır. O işdə vəkil kimi fəaliyyət göstərsəydim, hamıya aşkar olardı.
- Bu gün vəkillərin cinayət işinə iki hissədə çıxdığı məlumdur. Birinci hissədəki vəkil müvəkkili ilə müqavilə bağlayır, yaxşı pul alır, digər hissədə olan vəkil isə məhkəməyə dövlət hesabına çıxır, cüzu pulla müdafiəçi olur. Burada keyfiyyətli hüquqi yardım necə müəyyən edilir?
- Biz vəkillər ilk növbədə işə çıxanda müdafiə taktikasını qururuq. Qonorar almaq isə ikinci planda olur. Qonorar azdı deyə həmin şəxsin işini peşəkar aparmamağımız fikri bir az yanlışdır. Mən öz adına hörmət edən vəkil olaraq hesab edirəm ki, qonorarın məbləğininn fərqi yoxdur. Əlbəttə, müdafiəni öz üzərinə götürmüsənsə… Mən Bayram Niyazov adlı təqsirləndirilən şəxsi müdafiə edirdim. Onun işinə pulla çıxmırdım. Amma müdafiəni elə qurdum ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi ona bəraət hökmü çıxardı.
- Bayram Niyazovun adını çəkdiz, həmin cinayət işini əvvəldən izləyirdim. Siz orada vəkil fəaliyyətindən çox, dedektiv rolu oynayırdız. Bu işdə dedektivlik etməyinizə nə zərurət yaranmışdı?
- Niyaz Bayramovun narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmadığını sübuta yetirmək istədim. Həmin işlə bağlı 10-dan çox rayonda oldum. Təqsirləndirilən şəxsə bəraət qazandırmaq üçün ayrı-ayrı şəxslərlə söhbətlər apardım. Axırda bəraət hökmünün çıxarılmasına nail oldum. Apardığım araşdırmalardan sonra məhkəmə də gördü ki, Bayram Niyazov günahsızdır. Vəkil fəaliyyətimdə qanunun yol verdiyi qaydada araşdırma apardım. Bir neçə il əvvəl narkotiklərlə bağlı bəraət insistutu yox idi, biz isə külli miqdarda narkotklə bağlı məhkəmədə bəraət ala bildik. 4 kiloqram narkotiklə tutulduğu deyilən Bayram Niyazova bəraət verildi. Bu, Azərbaycan məhkəmə sistemində çox böyük bir nəticə idi. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elbəy Allahverdiyev də bu işə obyektiv yanaşdı.
- Son vaxtlar məhkəmələrdə bəraət hökmlarının sayının artması nə ilə bağlıdır?
- Məhkəmələrdə 99,99 faiz ittiham hökmü çıxarılırdı. Bu ilin aprel ayında 50-dən çox bəraət hökmü elan olunub. Artıq bəraət hökmlərinin artmasının səbəbi məhkəmələrin bu inistuta meyilli olmasıdır. Misal üçün, Sumqayıt Apelyasiya Məhkəməsində bəraət hökmləri kifayət qədərdir. Bu məhkəmənin cinayət kollegiyasının hakimləri tərəfindən çıxarılan bəraət hökmləri nümunə kimi göstərilə bilər.
- Son vaxtlar aparılan hüquq islahatları nəyi dəyişəcək?
- Hüquq islahatlarının aparılması hər bir dövlət və cəmiyyət üçün vacibdir. Hesab edirəm ki, birinci islahat hüquqda olmalıdır. Sonuncu hüquqi islahaları ayrıca qeyd etmək olar. Çox böyük mühüm hüquq islahatdır. Cənab prezidentin cinayət hüququnun hümanistləşməsi ilə bağlı verdiyi sərəncamdan sonra Bakı istintaq təcridxanasında saxlanılan 450 nəfərdən çox təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri dəyişdirilib. Hesab edirəm ki, yenə də cəza hümanistləşməlidir. Cəza cinayətin qarşısını alan amil deyil.
- Uşaqlıq və gənclik illərinizi necə xatırlayırsız?
- Mənim uşaqlıq illərim Qərbi Azərbaycanda keçib. O günlər acı bir zaman kəsiyi kimi yadımdadır. Gəncilik illərimdə əlamətdar hadisələr olub desəm, yalan olar. Gənclik illərim əzablı, əziyyətli, maddi cəhətdən sıxıntılı keçib.
- Bu gün bahalı maşında gəzirsiz, geniş imkanlarınız var...
- Bugünkü naliyyətim keçmişimin təminatsızlığından doğdu. Mən müəllim ailəsində böyümüşəm. Hər zaman atamın əzablı-əziyyətli günləri gözümün qabağındadır. Atamın da mənim cəmiyyətdə formalaşmağım üçün böyük rolu olub. Mən hər zaman atamın, anamın əziyyətini görmüşəm. Valideyn əzabını görən övlad yolunu aza bilməz. Valideynlərimin əzablı günləri yadıma düşəndə gözümə yuxu getməyib. Saatlarla onlara sevinc verə biləcəyimi düşünmüşəm. Valdeynlərimizin verdiyi əməyin qarşılığını ömürümüzün axrına kimi qaytara bilmərik.
- Ağır peşəniz var, istirahəti necə edirsiz?
- Muğama qulaq asanda özümü istirahətdə hiss edirəm.
Hacı Zeynalov