4 May 2017 14:23
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin sədri onun dəvətini qəbul edib ölkəmizə səfər etdiyinə görə Cibuti parlamentinin sədrinə təşəkkürünü bildirib:

“Cibuti parlamentinin sədri Azərbaycana səfər edir və bu səfərin parlamentlərarası münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminik”.

Oqtay Əsədov iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolunu qeyd edərək deyib ki, məhz onların görüşündən sonra ikitərəfli əlaqələrin inkişafı üçün münbit şərait yaranıb. Hazırda iqtisadi, humanitar və digər sahələrdə münasibətlərimizi inkişaf etdirmək üçün işlər aparılır. Bunun üçün hər iki ölkənin yüksək vəzifəli şəxslərinin mütəmadi səfərləri həyata keçirilir. Hər iki ölkənin parlamentində qarşılıqlı dostluq qrupları yaradılıb.

Mohamed Əli Huməd Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, bildirib ki, bir müsəlman ölkəsi olaraq Cibuti Respublikası həmişə Azərbaycanın yanındadır və Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllini arzulayır.

O, deyib ki, Xocalı soyqırımı barədə qətnamə Cibuti Respublikası Milli Assambleyası tərəfindən tərəddüdsüz qəbul edilib və bundan qürur duyuruq.

Sonra söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Cavad


Müəllif:

Oxşar xəbərlər