Teleqraf.com-un məlumatına görə, bunu NATO Baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldəm deyib.
Onun sözlərinə görə, Azərbaycan təkcə Əfqanıstandakı missiyada iştirak etmir, həm də ölkənin trast fonduna yardım edir.
T.İldem tərəflərin Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində əməkdaşlığının vacibliyini də vurğulayıb.