5 May 2017 16:55
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün sənin ad günündür. Belə yasəmənli-laləli may günündə Azərbaycanımızın gözəl guşələrindən olan Ordubadda dünyaya göz açdın və 65 il fərəhlı, sevimli jurnalist peşəsinə 50 il sadiq qalaraq, həyatın vurduğu zərbələrə sinə gərərək, bizi, üç sevimli övladını qələminə sarılaraq böyütdün, özün demişkən, “adam etdin” və hər zaman gözlərindəki qüssəni gizlətməyə çalışaraq yaşadın. O qüssə vətəninin müstəqilliyinin, azadlığının itirilməsi qüssəsi idi. Nə biləydin ki, 70 ildən sonra müstəqilliyimiz qayıdacaq və əbədi olacaq. Nə biləydin ki, sənin də övladın həmin şərəfli yolun yolçusu olacaq”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri tanınmış hüquq müdafiəçisi Səidə Qocamanlı sosial şəbəkədə atası, tanınmış jurnalist və yazıçı Məmməd Əkbər haqqında yazıb.

S.Qocamanlı qeyd edib ki, atası SSRİ dövründə “Ədəbiyyat” qəzetinin redaksiyasında nahar fasılələri zamanı yazarları başına toplayaraq, gizlicə Məmməd Əmin Rəsulzadə, ilk Cümhuriyyətimiz barədə danışib: “Bu faktı sənin haqqında xatirə yazan unudulmaz şair Ağa Laçınlı qələmə alıb. Hər dəfə İstanbula ayaq basanda oraya sənin gözünlə baxıram, çünki sənin ən böyük arzun İstanbula getmək idi, Ata...”

Qeyd edək ki, hüquq müdafiəçisi Səidə Qocamanlının atası Məmməd Əkbər uzun illər “Ədəbiyyat” qəzetinin məsul katibi, redaktoru vəzifəsində çalışıb. Eyni zamanda “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edib. Onun ilk məqaləsi 15 yaşında Tiflisdə fəaliyyət göstərən “Yeni Fikr” qəzetində çap edilib.

II Dünya Müharibəsi illərində Məmməd Əkbərin səsi Cənubi Azərbaycandan gəlib. O, 1930-1974-cü illərdə Azərbaycanın müxtəlif qəzet və jurnalların çalışıb.

Əski müsavatçılardan olan Məmməd Əkbər 6 yaşında anasını, 9 yaşında isə atasını itirib.

Cavad


Müəllif:

Oxşar xəbərlər