Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən BMT baş katibi müavininin vəzifəsini icra edən, İctimai İnformasiya Departamentinin rəhbəri Mahir Nasir vildirib ki, statistikaya görə, dünyada 240 milyon miqrant var: “Bəzi partiyalar miqrantları təhlükə kimi təqdim edirlər. Amma həmun insanlar məcburən ölkələrindən didərgin düşüb, münaqişələrdən qaçıblar. Miqrantlara təhlükə kimi baxılmamalıdır. BMT-də hər bir dövlətin səsi var. "Soyuq müharibə" bitəndən sonra BMT-də iş prinsipi dəyişib, qətnamələrin əksəriyyəti qarşılıqlı razılaşma ilə qəbul olunur"
Mahir Nasir qeyd edib ki, qətnamələr 50%+1 səs prinsipi ilə əldə edilir: "Davamlı İnkişaf Məqsədlərinə baxsaq, bura yoxsulluğun, işsizliyin aradan qaldırılması, gender bərabərliyi və digərləri əksini tapıb. Gənclər qərar qəbuletmə prosesinə cəlb olunmalıdır".
İlhamə ƏBÜLFƏT