8 May 2017 16:07
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə İV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması barədə qərar verilib.

APA-nın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, mayın 5-dən 23-ə qədər Səbail rayonu ərazisində Bibiheybət şossesinin Bakı Su İdman Mərkəzindən Bibiheybət məscidinin ərazisində yol birtərəfli istiqamətdə hərəkət təşkil edilir.

Əks istiqamətdə isə 20-ci Sahə dairəsindən keçməklə alternativ yoldan istifadə olunacaq. Eləcə də mayın 6-dan 23-dək paytaxtın Binəqədi rayonu ərazisində İ. Dadaşov küçəsi, Süleyman Sani Axundov küçəsi ilə Cəfər Xəndan küçəsi arasında olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Həmin müddətdə paytaxtın Nəsimi rayonu ərazisində Süleyman Rüstəm, Xan Şuşinski və Mustafa Topçubaşov küçələrinin Hənifə Ələsgərov küçəsi ilə kəsişmələrində nəqliyyatın hərəkətləri məhdudlaşdırılacaq. Yalnız Hənifə Ələsgərov küçəsi ilə hərəkət etmək mümkün olacaq. Digər alternativ yollar isə Səməd Vurğun küçəsi və Azadlıq prospekti olacaq, sürücülər bu yollardan istifadə edə bilərlər. Mayın 6-dan 23-dək həmin ərazidə Cəlil Məmmədquluzadə küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişdiyi ərazidə də nəqliyyat vasitələrinin hərək'ti məhdudlaşdırılacaq.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər