9 May 2017 09:45
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində keçirilən reyd zamanı 20-yə yaxın sürücü cərimələnib.

Teleqraf.com "Report"-a istunad edərək xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdiyi yoxlamlar zamanı nasaz vəziyyətdə marşrut avtobusu idarə edən 2, sürücülük vəsiqəsi olmayan 1, təhlükəsizlik kəmərindən istifadə etməyən 10 sürücü müəyyənləşib.

Qayda pozan avtomobil sahiblərinə inzibati protokollar tərtib edilib. Mingəçevir DYP-nın bölmə rəisi Bəlyar Bəşirli şəhərdə məsuliyyətsiz sürücülərin olduğunu, onlara bağlı tədbirlər görüldüyünü bildirib. Bölmə rəisi, həmçinin şəhərdə 8 saylı marşrut xətti ilə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə ciddi xəbərdarlıq edib, sərnişindaşımada yarassız hesab edilən avtobuslar xəttən kənarlaşdırlıb.


Müəllif:

Oxşar xəbərlər