9 May 2017 18:07
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlərim, valideynlərim yüksək bal toplayacağımı gözləyirdilər. Şükürlər olsun, onların ümidlərini doğrulda bildim.

Bunu Teleqraf.com-a qəbul imtahanında bütün suallara düzgün cavab verən 220 nömrəli məktəbin məzunu Xalidə Əliyeva deyib.

I qrup ixtisası üzrə imtahan verən Xalidə Əliyeva 700 bal topladığı üçün sevincinin həddi-hüdudu olmadığını bildirib:

"Dərslərimi həmişə yaxşı oxumuşam. Ötən tədris ilindən bəzi məktəblərdə tətbiq olunan təmayüllü siniflərdən birində oxumağım da mənə kömək etdi. Təmayüllü siniflərdə abituriyent hansi ixtisas qrupu üzrə hazırlaşırsa, həmin fənlər üzrə dərs keçirilir. Bu, ixtisas qrupunun fənlərinə daha çox vaxt ayırmağa, dərsləri dəfələrlə təkrarlamağa imkan verir".

Xalidə Əliyeva qeyd edib ki, 700 bal yığmağını xüsusi bir formulu yoxdur:

"Sadəcə, televizordan, telefondan və digər bu kimi vasitələrdən uzaq olmaq, gündəlik dərsləri yaxşı oxumaq, dərindən mənimsəmək lazımdır".

Qeyd edək ki, Xalidə Əliyeva hələ təhsilini davam etdirəcəyi universiteti seçməyib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər