10 May 2017 13:25
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dream-haus” janrının yaradıcısı, 1990-cı illərdə elektron musiqinin əfsanəsi Robert Maylz 48 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Mirror” qəzeti məlumat yayıb. Bəstəkar-musiqiçi və bəstəkar mayın 9-da İtaliyada məlum olmayan xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, R.Maylza dünya şöhrətini 1995-ci ildə yazdığı “Çildren” hiti gətirib. İlk buraxılışdan sonrakı iki həftə ərzində sinqlın 30 mindən çox nüsxəsi satılıb. Bunun sayəsində kompozisiya Britaniyada və Avropanın digər ölkələrində platin statusu alıb. Üstündən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, “Çildren” R.Maylzın vizit kartı və “Dream haus”un əsas sinqli olmaqda davam edir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər