Teleqraf.com xəbər verir ki, hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə Dövlət Gömrük Komitəsinə edilən sorğuya cavab verilib.
Cavabda qeyd olunub ki, həmin işlə bağlı arxiv sənədləri yoxdur.
Məlumat üçün bildirək ki məhkəmə Dövlət Gömrük Komitəsinə sorğu göndərmişdi ki, Maşallah Əhmədovun İrandan gətirdiyi malların Azərbaycana keçirilmə rüsumunu açıqlasın.
Məhkəmə iclası mayın 16-da davam edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Maşallah Əhmədov və onun vəkili Samir Abdullayev apelyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəza verilməsini istəyir.
Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
Hacı Zeynalov