10 May 2017 18:58
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümünü Azərbaycan kommunistləri Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Bakıdakı abidəsi önündə qeyd edib.

Teleqraf.com xəbər verir ki, burada düzənlənən tədbirdə Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov çıxış edib.

Qələbə gününün onilliklər boyunca müqəddəs bir bayram olduğunu bəyan edən Rauf Qurbanov deyib ki, məhz bu günün sayəsində Sovet İttifaqının xalqları faşizm köləliyindən xilas olub, bir çox Avropa və Asiya ölkələri öz müstəqilliyini əldə edə biliblər.

Veteranların şücaətindən söz açan partiya sədri, tədbir iştirakçılarının nəzərinə aşağıdakıları çatdırıb:

“İllər keçir, amma qəhrəmanlarımızın cəsur əməlləri sönmür. Tarixə daha diqqətlə nəzər saldıqda biz milyonlarla insanın həyatını alt-üst edən yeni-yeni faktlar aşkarlayırıq. Biz bu gün, sülh dövründə, böyük hörmət və ehtiramla Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızı yad edirik. Məhz onların əldə etdikləri böyük qələbə sayəsində indi bizlər dinc yaşayır, övladlarımızı tərbiyə edir, gələcək üçün planlar qurur, sabahımız haqqında rahat düşünürük. Biz heç vaxt qələbə üçün ödənilən o, yüksək qiyməti unutmamalı, onu nəsillərdən nəsillərə ötürməliyik”.

Tədbirdə qonaq qismində Rusiya Kommunist Partiyasının üzvü Elgiz Hacıyev də iştirak edib.

Sonra partiya işində aktiv fəaliyyətlərinə görə bir sıra şəxslər Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin təsis etdiyi xatirə medalları ilə təltif edilib.

Cavad


Müəllif:

Oxşar xəbərlər