Teleqraf.com xəbər verir ki, bu barədə UNİCEF-in təqdim etdiyi illik hesabatda bildirilir.
Məlumata görə, dünyada hər 5 qız və 13 oğlan uşağından biri cinsi zorakılığa məruz qalır. Hər 10 dəqiqədə bir yeniyetmə qız şiddətə məruz qalaraq dünyasını dəyişir.
Rəyi soruşulanların 23 faizi bildirib ki, uşaq vaxtı fiziki zorakılığa məruz qalıblar. Onlardan 16 faizi fiziki şiddətə məruz qaldığını bəyan edib.
Hesabatda qeyd edilir ki, fiziki qüsurlu uşaqlar digər uşaqlara nisbətən 3,7 dəfə çox şiddət qurbanı olurlar. Belə uşaqlar digərlərindən 3,6 dəfə çox fiziki istismarla, 2,6 dəfə çox isə cinsi zorakılıqla üzləşirlər.
Zehni cəhətdən zəif uşaqlar digər uşaqlara nisbətən 4,6 dəfə çox cinsi zorakılığa məruz qalırlar. Dünyadakı insan alveri qurbanlarının 33 faizi uşaqlardır.
Hər il cinayət nəticəsində öldürülənlərdən 41 min nəfəri 15 yaşdan aşağı olan uşaqlardır.
İlhamə ƏBÜLFƏT