Axar.az xəbər verir ki, əslində, onurğa sütunu yırtıqlarının aradan qaldırılmaq üçün əməliyyata ehtiyac yoxdur.
Onurğa xəstəlikləri üzrə almaniyalı mütəxəssis Herhard Reysin fikrincə, yalnız aşağı, yuxarı ətrafların, yaxud sidik kisəsinin və ya bağırsağın parezi yaranıbsa, əməliyyat həyata keçirilməsi vacibdir. Bundan başqa, bütün hallarda fəqərəarası disk yırtığı ancaq konservativ yolla müalicə olunmalıdır:
“Biotənzimləyici təbabətin ən böyük üstünlüyü odur ki, bu üsullarla müalicə zamanı istifadə olunan dərmanların, demək olar ki, heç bir əlavə təsiri yoxdur. Bu o deməkdir ki, müalicə zamanı qaraciyərə, böyrəklərə və digər orqanlara heç bir zərər dəymir, orqanlar yüklənmir. Biotənzimləyici təbabətlə müalicə hətta hamiləlik dövründə də aparıla bilər”.
Qeyd edək ki, mayın 22-dən–26-a kimi alman mütəxəssis Herhard Reysin Bioloji Təbabət Klinikasında onurğa sütunu xəstəlikləri üzrə xəstə qəbulu keçiriləcək.
Əlaqə nömrəsi: (012) 430-89-49