“Report”un məlumatına görə, dəyişikliyə əsasən, bundan sonra müddətli əmək müqaviləsi tərəflərin öz aralarında razılaşdırdıqları müddətə bağlanacaq.
Hazırkı qanunvericiliyə görə, əmək müqaviləsinin müddəti 5 ildir.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli hesab edir ki, bu, vətəndaşların xeyrinədir: "Çünki müddət əvvəllər 5 illik idi, indi isə tərəflər özləri müddəti təyin edə biləcəklər. Bu gün həm müddətsiz, həm də 5 illik müqavilələr var. Müddətli əmək müqaviləsinin hansı müddətə bağlanmasını artıq tərəflər özləri müəyyən edəcək".