Dövlət Komissiyasından Teleqraf.com-a verilən məlumata görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarışı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında müəyyən edilmiş vəzifələrin icrası məqsədi ilə itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirilmə işi yekunlaşmaq üzrədir.
Qeyd olunanlarla əlaqədar, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş yaxınlarının qeydiyyatı ilə bağlı Dövlət Komissiyasına müraciət etməmiş vətəndaşlardan qısa müddətdə İşçi qrupuna məlumat vermələri xahiş olunur.
Ünvan: Bakı şəhəri, Parlament prospekti, 14
Telefonlar: (012) 405-83-82
(012) 405-84-43
(012) 405-91-53
(012) 405-80-43
E-mail: [email protected]
Nərgiz