12 May 2017 23:20
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək bizim üçün böyük şərəfdir.

Teleqraf.com-un məlumatına görə, bunu oyunların açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva deyib.

Mehriban Əliyeva qeyd edib: "Əziz həmvətənlər! Biz birliyin və idmanın təntənəsi olan IV İslam Həmrəyliyi Oyunlarını bu axşam fərəh hissi ilə qəbul edirik. Oyunlara ev sahibliyi etmək bizim üçün böyük şərəfdir.

Bu gün Azərbaycan bütün İslam aləmini qəbul edir. Dörd qitədən gəlmiş minlərlə idmançını və paytaxtımızın qonaqlarını səmimi qəlbdən salamlayır, onlara xoş gəlmişsiniz deyirəm.

Bütün uğurlar münasibətilə gözəl vətənimizin hər bir vətəndaşını təbrik edirəm və minnətdarlığımı bildirirəm. Qoy Ulu Tanrı Azərbaycanı qorusun!"


Müəllif:

Oxşar xəbərlər