Sığınacağın adı ispancadan tərcümədə "Sahibsizlərin yeri" kimi tərcümə edilir. Dünyanın müxtəlif yerindən olan könüllülər tərəfindən idarə olunan və heyvanların qətl edilmədiyi bu sığınacaq məşhur turistik yerlərdən olan Santa-Barbaranın yaşıl təpəliklərində qurulub. Sığınacaqdakı itlərin hamısı küçələrdən toplanmış itlərdir. Qısırlaşdırılmış itlərin gündəlik həyatı bura gələn turistlərə "yoldaşlıq" etmək və onlarla "bildikləri" oyunları oynamaqdır. Yatmaq vaxtı gələndə isə oranın əsas sakinləri olan balıqçılar itlərə xüsusi qayğı göstərir və onların rahat yata bilməsi üçün canla-başla çalışırlar.
Sığınacağın yaradıcıları düşünürlər ki, bura gətirilmiş itlərin də digər cins və evdə xüsusi qayğıyla saxlanan itlərdən heç bir fərqi yoxdur. "İtlər parkı"nı belə müsbət düşünən insanlar qoruyur. Hətta, buranı ziyarət edən turistlər itlərə bu cür gözəl yanaşmanı görür və evlərində saxlamaq üçün itlərdən aparanların da xeyli olduğu deyilir.
Ancaq iti evə aparmağın da öz şərtləri var. İti buradan aparmaq istəyənlərin şəraiti sübut olunarsa, it onlara bağışlanır. Əks halda onlara bu icazə verilmir. Əvəzinə, turistlərə "hansı iti sevdinizsə, onu gəlib bu parkda tez-tez görə bilərsiniz" deyilir.
"Yaşıl cənnət"də itlər sürüsü ilə gəzinti etmək mümkündür. Bütün itlər xüsusi təlimlərdən keçirilib və onlarda insanlarla dostluq etmə vərdişləri yaradılıb.
Buranı ziyarət etmiş turistlərə görə, "Sahibsizlərin yeri" bütün dünyaya nümunə olan bir parkdır. Burada insanlar və heyvanların sülh içində birgə yaşaya biləcəyi sığınacaqdır.
İlhamə