15 May 2017 12:10
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb.

Bu addım Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi əsasında atılıb.

Belə ki, bu günlərdə Palatadan banklara zəng edilib və şifahi şəkildə biznes kartlarından nağdlaşdırmanın dayandırılması tövsiyyə olunub. Bu, "Nağdsız hesablaşmalar haqqında" qanunun icrasından irəli gəlir.

Xatırladaq ki, yeni qanunla əlaqədar bir qədər əvvəl iş adamlarının cari hesablarından vəsait çıxarılmasına limit qoyulub. (report)


Müəllif:

Oxşar xəbərlər