Axar.az xəbər verir ki, yeniyetməlik dövrünün idiopatik (səbəbi məlum olmayan) skoliozu ən çox 10-14 yaş dövründə təsadüf edir. Xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur.
Bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə, xəstəlik əsasən nəzərəçarpacaq deformasiya olduqda aşkar edilir. Xarici görünüşə görə aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır:
- Bir çiyin və ya bud-çanaq oynağı digərindən yuxarıda yerləşir
- Bir kürək sümüyü digərindən yuxarıda yerləşə bilər
- Önə doğru əyildikdə bu əlamətlər daha çox nəzərə çarpır
- Deformasiyanın qabarıq tərəfində “qabırğa donqarlığının" əmələ gəlməsi
- Bir qol digərindən uzun görünür
- Bel nahiyəsində yerləşən üçbucaqların assimetrikliyi
Skolioz xəstəliyi əsasən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bir çox daxili xəstəliklərin, müxtəlif komplekslərin, sosial təcridolunmanın yaranmasına səbəb ola bilər. Övladınızın bu problemlərdən qorumaq üçün xəstəliyin vaxtında aşkarlanması və müalicə olunması çox vacibdir.
Qeyd edək ki, 22.05.17 - 26.05.17-ci il tarixlərində Bioloji Təbabət klinikasında alman mütəxəssisi, vertebroloq-osteopat Qerhard Reysin bir sıra onurğa sütunu xəstəlikləri üzrə xəstə qəbulu keçiriləcək.
Əvvəlcədən yazılmağınız xahiş olunur.
Əlaqə nömrəsi: (012) 430-89-89