Teleqraf.com "ICTnews"a istinadən xəbər verir ki, köhnəlmiş "YouTube" "flash" proqramı üçün 2012-ci ildə "HTML5" texnologiyası əsasında onun çoxlu imkanlara malik müasir versiyası hazırlanıb. "Bundan başqa, tematik tab-vərəqələr, daha asan axtarış, sadələşdirilmiş naviqasiya və təkmilləşdirilmiş tövsiyə sistemi kimi yeni funksiyalar əlavə olunub. Bu funksiyaların "flash" proqramına inteqrasiyası isə qeyri-mümkündür", - məlumatda qeyd olunur.
Bununla belə, bundan sonra "YouTube"a baxmaq üçün istifadəçilərə köhnəlmiş televizora qoşulacaq "Chromecast" və "Android TV" kimi müasir media qurğusu və ya yeni televizor modeli almaq tövsiyə olunur.
Bildirilir ki, "YouTube" əlavəsinin aktual versiyasından 2013-cü ildə və ya daha sonra buraxılan "ağıllı" televizorlarda yararlanmaq mümkün olacaq. Aktual versiyanı, həmçinin "PlayStation 3", "PlayStation 4", "Xbox 360", "Xbox One" və "Wii U" oyun konsollarının istifadəçiləri quraşdıra bilərlər.