Şirkət tərəfindən patentləşdirilmiş həllər belə enerjidoldurma sürətini təmin edir.
Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, indi “StoreDot” şirkəti kütləvi istehsala başlamaq üçün partnyor və investorlar axtarır. İstehsalçıların iddiasına görə, onların akkumulyatoru yalnız tez enerji toplamır, həm də başqa batareyalarla müqayisədə daha təhlükəsizdir.
Şirkət nümayəndələrinin proqnozuna görə, yeni akkumulyatorlar artıq bir neçə il sonra satışa çıxarıla bilər, indi isə onları diqqətlə testdən keçirmək lazımdır. Yeni tip batareya ilə təchiz edilmiş smartfonların sınaqları artıq başa çatıb.