16 May 2017 20:25
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu xəbəri sesnsasiya çevirməyin əleyhinəyəm.

Bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov evakuatorun üzərində olan avtomobilin radara düşməsi məsələsinə münasibət bildirərkən Teleqraf.com-a deyib.

Şöbə rəisi açıqlamasında bildirib ki, evakuatorun üzərində olan avtomobilin cərimə olunması mexaniki səhvdir:

“Evakuatorun sürücüsu yol Hərəkəti Qanununun tələbini pozub. 60km/saat olan yerdə 71 km/saat hərəkət edib. Evakuatorun arxasındakı dövlət nömrə nişanı görünmədiyi üçün aparat avtomotik olaraq, üzərindəki maşının nömrəsini qeydə alıb. Bu xəbəri sesnsasiya çevirməyin də əleyhinəyəm. Orada sadəcə mexaniki səhv olub. Məsələ ilə bağlı yenə də araşdırma gedir”.

Vaqif Əsədov qeyd edib ki, həmin cərimənin miqdarı 10 manatdır.

İlhamə ƏBÜLFƏT


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər