Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə şikayətçi Mərvə Keleş özü danışıb.
Onun sözlərinə görə, haqq-ədalət yerini tapıb: “Ədalət yerini tapdı. Mən xəstəxanadan çıxandan sonra mövzuyla maraqlanıb, onun cəzalandırılmasına çalışacam”.
Silikon əməliyyatından sonra dodaqlarını itirmək qorxusu ilə qarşılaşmış tibb bacısı Merve Keleş Çukurova Universiteti Balcalı Xəstəxanasında müalicə aldıqdan sonra yaxşılaşmağa başlayıb. Mərvə 33 gün xəstəxanada yatdıqdan sonra tezliklə əvvəlki həyatına qayıtmaq istədiyini bildirib:
"Aprelin 14-dən xəstəxanadayam. Bu gün 33 gün oldu. Müalicə nəticə verir. Həkimlər dodağımın qaydasına düşdüyünü deyirlər. 33 günün ilk günlərini heç xatırlamaq istəmirəm. Danışa, yemək yeyə bilmirdim. Amma son 1 həftədə həqiqətən yaxşılaşmışam".
Qeyd edək ki, Türkiyədə tibb bacısı kimi çalışan Mərvə Keleş Azərbaycanda oxuduğunu iddia edən kosmetoloq həkimin 1000 lirəyə dodaq silikonu vurdurub. Bir neçə gün sonra gəncin dodağı şişməyə və ağrımağa başlayıb. Qızın dodaqları qorxunc vəziyyətə düşüb və onları itirmək təhlükəsi ilə üzləşib.
Şəfiqə Nazimqızı