17 May 2017 13:17
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Unibank Mobile-ı mobil telefonunza yükləyəndən sonra, son 1 ildə həyatınızda bu dəyişikliklər oldu:

- Daha kredit ödənişləri, kart sifarişləri üçün banka getmirsiniz;

- Kommunal ödənişlər üçün işdən qaranəfəs çıxıb ödəmə terminalı axtarmırsınız;

- Bayram günləri rayondakı qohumunuza pul göndərmək üçün avtovağzalda tanış sürücü axtarmırsınız;

- Telefonda konturunuz bitəndə kontur almaq üçün köşk axtarışına çıxmırsınız;

- Növbələrdə saatlarla vaxt itirmirsiniz;

- İnternetiniz, işığınız, qazınız kəsilmir;

- Hər ay rutin işlərə, növbələrə sərf etdiyiniz dəyərli vaxtınızı daha vacib işlərə sərf edirsiniz.

50-dən artıq xidmət və məhsulları ilə həyatımızı asanlaşdıran Unibank Mobile-ın 1 yaşı oldu. Deloitte & Touche LLC şirkəti tərəfindən MDB-nin ən mükəmməl mobil əlavələrindən biri seçilən Unibank Mobile, bu gün öz müştərilərinə banka gəlmədən, bank xidmətlərinin 90%-dən istifadə imkanı verir.

Ötən 1 il ərzində Unibank Mobile hansı inkişaf yolu keçdi?

* Banka gəlmədən, istənilən vaxt və istənilən yerdə bank xidmətlərindən istifadə mümkün oldu.

* 2016-cı ilin nəticələrinə görə, Deloitte & Touche LLC şirkəti tərəfindən MDB –də ən yaxşı mobil əlavələrdən biri, Azərbaycan bank sistemində ən qabaqcıl mobil banking xidməti seçildi.

* Mobil əlavə ilə bank əməliyyatlarının çoxu komissiyasız oldu.

* Mobil əlavənin planşet versiyası yaradıldı.

* Ailə üzvlərinin və dostlarının kreditini ödəmək funksiyası əlavə edildi.

* Onlarla müştəri Unibank Mobile-dan istifadəyə görə keçirilən lotereya çərçivəsində qiymətli hədiyyələr qazandılar.

* Müştəriyə banka gəlmədən, öz smartfonundan kredit və kart sifarişi imkanı yaradıldı.

* Azərbaycan mobil bankçılığında ilk dəfə müştəriyə menyu bəndlərini əsas ekranda öz istəyinə görə tənzimləmək imkanı verildi.

* Mobil bankçılıqda ilk dəfə olaraq bank hesabını bilmədən, yalnız telefon nömrəsinə əsasən “Dosta köçürmə” xidməti istifadəyə verildi.

* İpoteka və DYP cərimələrinini ödəmək üçün “Hökumət ödənişləri” bölümü yaradıldı.

* Fərdi sahibkarların işini xeyli asanlaşdıran və 24/7 bank xidmətlərinə çıxış imkanı verən Unibank Mobile BUSİNESS əlavəsi istifadəyə verildi.

Yaxın aylarda Unibank Mobile-ın bir sıra yeni xidmətləri də müştərilərin istifadəsinə təqdim ediləcək.

Unibank Mobile xidmətinə 3 cür qoşulma mümkündür:

* Bank kartınızın son 8 rəqəmi və mobil nömrənizi daxil etməklə;

* Bankın filiallarında qeydiyyatdan keçməklə;

* ASAN İmza ilə qeydiyatdan keçməklə

Unibank Mobile İOS və Android platformalarında işləyir. Öz planşetinizə və smartfonunuza Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf yükləyə bilərsiniz. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank Mobile –Bankdan daha yaxın!

Unibank-hər kəsin bankı!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər