17 May 2017 12:04
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlki aylarla müqayisədə aprel ayı ərzində təkrar məzil bazarında qiymətlər 6 faiz azalıb.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, ümumilikdə qiymətlərin ilkin mənzil bazarında 7 faiz, torpaq bazarında 3 faiz, kommersiya obyektlərinin bazarında isə 4 faiz azalması müşahidə olunur: “Lakin ilin ilk üç ayında artım qeydə alınırdı. Qiymətlərin düşməsi yay ayları ilə əlaqədardır. Qarşıdakı aylarda da enmələr müşahidə edə bilərik”.

Ekspert əlavə edib ki, ilin sonunda, payız-qış aylarında qiymət artımı qaçılmaz olacaq: “Qış aylarında qiymətlər yaya nisbətən artır. Ümümi bazarda isə il üzrə 6-8 faiz artım olacağı ehtimalı da var”.

Şəfiqə Nazimqızı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər