17 May 2017 13:46
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Duması və Rusiya Federal Məclisinin Federasiya Şurasına ünvanlanan petisiyanın imzatoplanma kampaniyası, ilkin yekunlar və bu istiqamətdə problemlərin kompleks həlli ilə bağlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən rusiyalı tarixçi Oleq Kuznetsov Rusiyada erməni icmasının azərbayanlılara nisbətən daha az təşkilatlandığını bildirib. Onun sözlərinə görə, ermənilər hansısa bir iş görəndə 40 nəfəri cəlb etsələr də, bu kadrları daha uğurlu idarə edir və dəqiq fəaliyyət planına malik olurlar: "Petisiya üçün 19 min imza topanıb, onlardan 12 mini Azərbaycandan gəlib. Bu, 10 milyonluq ölkə üçün kiçik rəqəmdir".

Oleq Kuznetov vurğulayıb ki, xarici ölkələrdən daha çox imza gəlir. O, imzaların az toplanmasının səbəblərini belə izah edib: "İnsanlar arsında inamsızlıq var. Onlar Dövlət Dumasının bu məsələyə münasibət bildirəcəyini güman etmirlər. Düşünürlər ki, Qarabağı Rusiya işğal edib və heç zaman öz səhvini etiraf etməz. O zaman biz bu petisiyanı niyə yaradırıq?! Bəzən insanlar petisiyaya imza atmaqla bəyənməyi dəyişik salırlar. Bu petisiyaya imza atmaq üçün elektron poçt açmaq lazımdır".

Tarixçinin fikrincə, insanların elektron media resurslarına çıxışı azdır: "İmzaların böyük hissəsi Lənkəran şəhərindən gəlib". Rusiyalı tarixçi universitetlərdə tələbələrlə görüş keçirmək üçün Gəncə və Minəçevirə gedəcəyini bildirib.

Qeyd edək ki, O.Kuznetsov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın tanınması üçün 2017-ci il mart ayının əvvəlindən petisiya hazırlayıb. Petisiya Rusiya Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb. Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırım aktı kimi qiymətləndirilməsinə çağırış olunur.

Nərgiz


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər