Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Onun sözlərinə görə, ərazidə dövlət səviyyəsində tədbirlər görülür:
“Nazirlər Kabinetindən “Zəli gölü” ərazisində vəziyyətin öyrənilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub daxil olub. Əhalinin köçürülməsi bizim nazirliyin səlahiyyəti daxilində deyil. Dövlət həmin ərazi üçün tədbirlər proqramı hazırlayır”.
Rafiq Həsənov bildirib ki, “Zəli gölü”nün daxil olduğu ərazidə sürüşmə prosesində aktivlik müşahidə edilib:
“Bəzi sürüşmə sahələrində aktivliyi yaradan texnogen amillərdir. Evlərin tikilməsi nəticəsində yamacın dayanıqlığı itir. Nəticədə sürüşmə prosesində aktivlik baş verir”.
Nazirlik rəsmisi qeyd edib ki, son günlər yağan yağışlar sürüşmə zonalarında nisbi aktivlik yaradıb.
İlhamə ƏBÜLFƏT