Teleqraf.com xəbər verir ki, bu barədə "Report" Dövlət Statitika Komitəsinə istinadən məlumat yayıb.
Minik avtomobilləri yanvarda 0,8%, fevralda 0,6% bahalaşıb, mart ayında isə sabit qalıb. Velosipedlərin qiymətində isə yanvarda 1,2%, fevralda 1,4%, martda 1,2% artım müşahidə olunub. Rəsmi statistikaya əsasən, apreldə 1 minik avtomobili üçün orta qiymət 31 893,65 manat, velosiped üçün isə 161,15 manat təşkil edib.
Qeyd edək ki, minik avtomobillərinin qiymətləri illik müqayisədə 10,5%, velosipedlərin qiymətləri 15,3% artıb.