FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, həmçinin, su ehtiyatlarının idarə olunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Niderland Krallığının müvafiq strukturları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, 2014-cü ilin noyabrında imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” qarşılıqlı faydalı əməkdaşlığın inkişafında mühüm addım olub. Hazırda su ehtiyatlarının səmərəli idarə olunması üzrə bir çox işlər başa çatıB, birgə layihə çərçivəsində səylər davam etdirilir.
Rene Van der Linden Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Niderland Krallığının uyğun qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur.
İlhamə ƏBÜLFƏT