19 May 2017 17:25
2 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi mayın 18-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri vəzifəsinə yeni seçki keçirilib. Seçki nəticəsində Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi Allahverdi Məmmədli kafedra müdiri seçilib. Bəs, yeni kafedra müdiri kimdir?

Teleqraf.com yeni kafedra müdirinin tərcümeyi-halını təqdim edir.

Allahverdi Məhərrəm oğlu Məmmədli 1976-cı ildə BDU-nun Jurnalistika fakültəsinə daxil olub. 1981-ci ilədə BDU-nun Jurnalistika fakültəsini radio-televiziya ixtisası üzrə bitirib. Naxçıvan Dövlət Televiziya və radio verlişləri komitəsində baş redaktor vəzifəsinə təyin edilib. 1998-ci ilə Bakıda Azad Azərbaycan radiosunun məsul redaktoru və ilk efir aparıcısı olub. 2000-2005-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Xəbərlər redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. 2005-ci ildən BDU-nun Jurnalistika fakültəsində dərs deyir, eyni zamanda, Ali Məhkəmənin Mətbuat xidmətinin rəhbəri vəzifəsində fəaliyyət göstərir. 2017-ci ildə Televiziya və radio jurnalistikası kafedrasının müdiri seçilib.

2004-cü ilə filologiya elmləri namizədi, 2015-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsi alıb. Son 5 ildə 46 məqaləsi respublikanın və xarici ölkələrin elmi jurnallarında çap olunub. 4 monoqrafiyanın müəllifidir.

KİV-də iştirakına görə “Qızıl qələm və Həsən bəy Zərdabi mükafatlarına layıq görülüb. Televiziya və radionun inkişafında xidmətlərinə görə, Azərbaycan Prezidentinin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.


Müəllif: Səxavət

Oxşar xəbərlər