Teleqraf.com xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov İslamiadada 5 qızıl medal qazanan Ruslan Lunyovun Almaniyanın Münhen şəhərində keçirilən dünya çempionatında 11-ci yer tutmasına münasibət bildərərkən deyib.
Onun sözlərinə görə, Lunyov kifayət qədər yorğun olduğundan sonuncu yarışa çıxmayıb. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də məsələyə aydınlıq gətirib: “Məncə, bu qədər mükafatdan sonra Ruslan Lunyovun yarışa qatılması özü böyük şey idi”.