Teleqraf.com xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov İslam Həmrəyliyi Oyunlarında qalib idmançılara veriləcək pul mükafatının məbləğinə aydınlıq gətirərkən deyib.
O, 150 min manat pul mükafatının çox olduğuna dair iddialara belə cavab verib: “I Avropa Oyunlarında da eyni məbləğdə mükafat vermişdik. Amma o 150 minlə bu 150 min eyni deyil. İslam Həmrəyliyi Oyunlarını Avropa Oyunları ilə eyni səviyyədə tuturuq. İslamiadanı keçirən İndoneziya da idmançılarına təxminən elə bu məbləğdə pul mükafatı vermişdi”.