Teleqraf.com xəbər verir ki, Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov peşə bayramı münasibəti ilə nazirliyin kollektivini təbrik edib, görülən işlər, həyata keçirilən tədbirlər, qarşıdakı vəzifələr və perspektiv planlar barədə qısa məlumat verib.
Ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahəsində xüsusi xidmətlərinə görə nazirliyin fərqlənən əməkdaşları “Fəxri fərman”la təltif edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından ölkə Prezidentinə müraciət qəbul olunub.
Tədbirin davamında 30 hektar ərazidə iməcilik keçirilib. İməcilikdə Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, nazirliyin əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri iştirak edib.