23 May 2017 19:24
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisini ziyarət edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral fondun prezidenti Umud Mirzəyevlə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüş Azərbaycan və Türkiyə mediası arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparmaq məqsədi daşıyıb.

BAMF rəhbəri, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev bildirib ki, hər iki ölkə mediası Azərbaycan və Türkiyənin ortaq maraqlarından çıxış edərək fəaliyyət göstərməkdədir. “Bu, illərdən bəri həyata keçirilən işlərin ən böyük nəticəsidir. Rəsmi səviyyədə olduğu kimi, media müstəvisində də işbirliyinin uğurlarından söhbət açmaq üçün kifayət qədər dolğun əsaslar var”.

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral BAMF prezidenti ilə eyni fikri bölüşdüyünü dilə gətirib. O, eyni zamanda ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq bağlarının möhkəm təməllər üzərində qurulduğunu deyib.

Ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Türkiyə və Azərbaycan arasında əlaqələrin inkişafına hər zaman dəstək olacağını bildirən səfir E.Özoral BAMF-ın fəaliyyətini yaxından izlədiklərini, təşkilatın nailiyyətlərinin kifayət qədər sevindirici olduğunu diqqətə çatdırıb.

Sonda səfir BAMF-ın ofisi ilə yanaşı, “Eurasia Dairy” analitik informasiya portalının iş şəraiti ilə də yaxından tanış olub.

Qeyd edək ki, ziyarət zamanı səfiri Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz müşayət edib.

Səxavət HƏMİD


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər