23 May 2017 21:38
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə “Qarabağ dünən, bu gün və sabah” mövzusunda XVI elmi-praktiki konfrans keçirilib.

QAT-dan Teleqraf.com-a verilən məlumata görə, konfransın işində Azərbaycan, Yaponiya, Rusiya, Almaniya, Gürcüstan, Litva və digər ölkələrdən tarixçilər, politoloqlar, hüquqşünaslar, filosoflar, iqtisadçılar iştirak edib. Konfransın keçirilməsində məqsəd Qarabağın tarixinə, mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına dair tədqiqat işlərinin aparılması, obyektiv məqalələrin yazılması, müzakirələrin aparılmasıdır.

Konfransda tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova aparıcılıq edib. Giriş nitqi ilə çıxış edən şəxs QAT sədri Akif Nağı olub. Sonra Yaponiyanın Hokkaydo Universitetinin doktorantı Əlibəy Məmmədov internetlə konfransa qoşulub. Daha sonra tarix elmləri doktoru Quram Marxuliya, fəlsəfə elmləri doktoru Əli Abasov, tarix elmləri doktoru Qasım Hacıyev, hüquq elmləri doktoru Kamil Səlimov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Şamil Mehdi, tarix üzrə fəlsəfə doktoru Tofiq Həsənov və digərləri məruzələrlə çıxış ediblər, məruzələr ətrafında müzakirələr olub.

Konfransın materialları kitab şəklində çap olunub və konfrans iştirakçılarına paylanıb.

Səxavət


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər