Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, keşiş və kilsədə ibadət edən şəxslər girov götürülüb.
Məlumatlara görə, terrorçular hərbçilərin Maravi şəhər kilsəsinə hücum edəcəyi təqdirdə girovları öldürməklə hədələyiblər.
Hadisədən sonra Filippin Prezidenti Rodriqo Duterte Rusiya səfərini yarımçıq dayandırıb və ölkəsinə geri dönüb.
Qeyd edək ki, 5 günlük səfər çərçivəsində Duterte rusiyalı həmkarı Vladimir Putin ilə görüşməli idi.