Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, Diyarbəkr-İstanbul reysi ilə uçan təyyarədə bir nəfər ayaqyoluna daxil olaraq, narkotik maddə qəbul edib. Ayaqyolundan çıxdıqdan sonra isə təyyarədə olan sərnişinlərə hücum edib. Salonda təşviş yaranıb və pilot təyyarəni Ankara hava limanına endirməli olub. Təyyarədəki bəzi sərnişinlər həmin şəxsi sakitləşdirməyə çalışıb. Bu zaman vəziyyət bir qədər də mürəkkəbləşib.
Təyyarə Ankara hava limanına endikdən sonra həmin şəxs polis tərəfindən saxlanılıb. Onun üzərindən 200 qram narkotik maddə aşkar edilib.