24 May 2017 15:02
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov son günlər mediada və sosial şəbəkələrdə tədris ilinin sentybrın 1-də başlayıb mayın 25-də yekunlaşmasına dair səslənən fikirlərə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, Cəsarət Valehov bildirib ki, iki il bundan əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul edib: "Əsas məqsəd dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə ) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi- indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Çünki çox oxuyan çox bilər".

Nazirlik rəsmisi qeyd edib ki, biz tədris ilini iki həftə artırmışıq. "Göründüyü kimi, hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq daha 2 həftə çox öyrənmək istəyirik".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər