25 May 2017 16:37
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və partiyanın Nizami rayon təşkilatının birgə təşəbbüsü ilə 28 may – Respublika Günü münasibətilə bir qrup gənc Ekoloji Parka səfər edib.

Teleqraf.com-un məlumatına görə, Ekoloji Parkda gənclərə “EkoPark” Ekoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi ekoloji layihələr, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.

Gəzinti zamanı gənclər Eko-Parkın istehsalat sahələri və infrastrukturu, burada quraşdırılmış külək generatorları, günəş panelləri və parkda tətbiq olunan digər müasir texnologiyalarla tanış olublar.

Parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bioekoloji xüsusiyyətləri və becərilmə üsulları böyük marağa səbəb olub.

Qeyd edilib ki, kompleks özlüyündə üç əsas hissədən: toxum şöbəsi, böyütmə şöbəsi və yetişdirilməsi xüsusi şərait tələb edən dekorativ bitkilər üçün ayrılmış oranjereya şöbəsindən ibarətdir. İstixanada ildə bir milyon ədəd şitil yetişdirmək mümkündür. Aqrotexniki qaydalara uyğun olaraq, toxumlar əkilməmişdən xüsusi şəraitdə stratifikasiya olunur, bu da onların cücərmə fazasını tezləşdirir, rüşeymini yarana biləcək xəstəliklərdən qoruyur və bitmə faizini artırır.


Müəllif: Səxavət

Oxşar xəbərlər