26 May 2017 09:15
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinin 7 əmirliyindən biri olan Dubayda polis rəsmiləri şəhərdə işə başlayacaq ilk robot polisi ictimaiyyətə təqdim ediblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, robot polislər şəhərdəki alış-veriş mərkəzlərinə və turizm yerlərinə nəzarət edəcəklər.

Eyni zamanda, insanlar robotlara cinayətlər barədə məlumat verəcək , cərimə ödəyəcək və köksündəki ekrandan məlumat ala biləcəklər.

Robotlar polis tərəfindən toplanan məlumatları nəqliyyat işçilərinə ötürəcək.

Hökumət 2030-cu ilə qədər polis qüvvələrinin 25%-nin robotlaşdırılmasının planlaşdırıldığını bildirir.

Dubay Polisinin Elektron Xidmətlər İdarəsinin rəisi Xalid Əl Razuki robotların insanların yerini tutmayacağını da qeyd edib: "Polislərimizin yerlərini robotlar tutmayacaq. Lakin Dubayda yaşayanların sayı artır. Bu səbədən şəhərin təhlükkəsizliyini təmin etmələri üçün polis məmurlarının yerlərini dəyişdirəcəyik. Robotlarla 7 gün 24 saat xidmət göstərmək imkanımız olacaq"

Robot hazırda yalnız ərəb və ingilis dillərində ünsiyyət qura bilir. Gələcəkdə isə rus, çin, fransız və ispan dillərində də danışması hədəflənir.

Şəfiqə Nazimqızı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər