Sərəncamə əsasən Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilir:
1.1. Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlara - 220 manat
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 120 manat
1.2. ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 105 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat
bakalavriat səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat
Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə bu Sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödənilir
Müəyyən edilsin ki, təqaüdlərin ödənilməsi, ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir