“Azərsu” ASC-dən Teleqraf.com-a verilən məlumata görə, Saray, Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Digah, Maştağa, Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran, Ramana, Bakıxanov və Sabunçu qəsəbələrinin, həmçinin bağ massivlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Adları çəkilən ərazilərdə Ceyranbatan-Maştağa sağ magistral su xəttinin Saray qəsəbəsi ərazisindən keçən hissəsində təmir-bərpa işləri aparılır.