Teleqraf.com "İCTnyus"a istinadən xəbər verir ki, qurğunun fərqləndirici xüsusiyyəti 1920 x 1080 piksel təsvir ölçülü 21,5 düymlü böyük sensor ekrana malik olmasındadır. Onun vasitəsilə qeydlər etmək, fotoşəkillər, digər oxşar kontent, eləcə də iş və alış-veriş siyahısını çap etmək mümkündür. Soyuducu məhsulların mövcudluğunu və onların yararlılıq müddətini izləməyə kömək edir. Bu işdə ona hər dəfə qapı bağlananda içindəkilərin fotoşəkillərini çəkən üç kamera yardım edir. Smartfon vasitəsilə fotoşəkillərə, məsələn, mağazada olan zaman baxmaq olar.
Məlumata görə, əyləncə üçün quraşdırılmış dinamiklər və “Bluetooth” kolonkalarını qoşmaq imkanı nəzərdə tutulub. Həmçinin, “Samsung Smart TV” televizor ekranlarının güzgülü əksi vasitəsilə televiziya proqramlarına baxmaq, musiqinin səsləndirilməsi və s. dəstəklənir.
Bundan başqa, model rəqiblərindən daxili hissənin əsasını farfordan ibarət materialdan hazırlanması ilə seçilir. “Samsung” nümayəndələri bildirib ki, dizayner və mütəxəssislər qrupu yeni soyuducu yaradarkən 7 ölkəyə səfər edərək çoxlu eksperimentlər keçirib. Nəticədə 27 istehsal mərhələsindən keçən optimal material yaradılıb.
ABŞ Milli Sanitariya Fondu “Chef Collection Porcelain” soyuducusuna məhsulların saxlanılması üçün tam təhlükəsiz olmasını təsdiq edən sertifikat verib. Soyuducunun faydalı tutumu 915 litr təşkil edir.