BNA-dan Teleqraf.com-a verilən məlumata görə, məqsəd bu ilki çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş gəlişini təmin etməkdir. Mövsümü xarakterli dəyişikliyə əsasən 1 iyun tarixindən:
- 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu" stansiyasından "Buzovna" çimərliyinə,
- 172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu" stansiyasından "Bilgəh" bağlarına,
- 173 nömrəli marşrut xətti üzrə avtobuslar "Pirşağı" bağlarına və çimərliyinə,
- 179 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar Süleyman Sani Axundov küçəsindən "Qızılqum" sanatoriyasına,
- 189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin "Ləhiş" bağlarına,
- 141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə,
- 108 və 134 nömrəli marşrut xətti avtobuslar “Görədil” və “Fatmayı” bağlarına,
- 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə “Türkan” bağlarına qədər fəaliyyət göstərəcək.