1 İyun 2017 01:39
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Ərəb Respublikasının siyasi və diplomatik çevrəsində tanınan nüfuzlu “Diplomatiya” qəzetində Azərbaycan diaspor rəhbəri Seymur Nəsirovun məqaləsi yer alıb

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, qəzetin xüsusi buraxılışı Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə nəşr olunub.

Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun “Misirdə Azərbaycan dahilərinin rolu” sərlövhəli məqaləsində Misirdə çox böyük nufuza malik olmuş əslən azərbaycanlı tarixi şəxsiyyətlərdən söhbət açılır. Yazıda bütün dunyada öz ədaləti ilə şöhrət qazanmış və Misiri işğaldan azad etmiş, dahi şəxsiyyət Səlahəddin Əyyubi, Misirin baş qazisi olmuş Əfzələddin Xunci, Misirin baş həkimi olmuş Fəthullah İbnu Nəsif və başqaları haqqında geniş məlumat əksini tapıb. Müəllif, Misirlə Azərbaycan arasındakı əlaqələrin qədim zamanlardan yüksək səviyyədə olduğunun ərəb mənbələrində göstərdildiyini diqqətə çatdırıb.

Səxavət


Müəllif: Teleqraf.com